AZ

İlon Mask istintaq qarşısında: Bayden və Harrisi ölümlə hədələyib?

Amerika Məxfi Xidməti məşhur iş adamı, milyarder İlon Maskla bağlı araşdırmaya başlayıb. İstintaqın mövzusu Maskın sosial şəbəkələrdəki paylaşımları və bu paylaşımlarda ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harrisə qarşı təhdidlərin olub-olmadığının yoxlanılmasıdır.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

İstifadəçilərdən birinin Trampı niyə öldürmək istədikləri sualına Mask belə cavab verib ki, Bayden və Kamalanı öldürmək heç kimin ağlına belə gəlmir. Qısa müddətdən sonra o, paylaşımını silərək bunun sadəcə zarafat olduğunu bildirib.

Qeyd edək ki, Amerika qanunvericiliyinə görə, ABŞ prezidenti və ya vitse-prezidentini hədələmək beş il həbs və ya külli miqdarda pul cəriməsi ilə cəzalandırılan cinayətdir.

Amerika Məxfi Xidməti yazı ilə bağlı məlumatlandırıldığını və həmin yazı ilə bağlı araşdırmaya başladığını bildirib.

Seçilən
88
31
publika.az

10Mənbələr