AZ

"Mançester Yunayted" böyük fərqlə "Tottenhem"ə məğlub oldu

"Mançester Yunayted" və "Tottenhem" arasında İngiltərə Premyer Liqasının 6-cı turunun oyunu başa çatıb.

"Cebheinfo.az" xəbər verir ki, komandalar Mançesterdəki "Old Trafford" stadionunda qarşılaşıblar. Qarşılaşmanı Kris Kavananın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Başlanğıc fiti Bakı vaxtı ilə saat 19:30-da səslənib. Oyun 3:0 hesabı ilə londonluların xeyrinə başa çatıb.

Qonaqların qollarına Brennan Conson, Deyan Kuluşevski və Dominik Solanke imza atıblar. Qeyd edək ki, Brunu Fernandeş 42-ci dəqiqədə meydan sahiblərindən birbaşa qırmızı vərəqə alıb.

Hazırda "Mançester Yunayted" İngiltərə çempionatının turnir cədvəlində 12-ci yerdədir. Erik ten Haqın komandası altı görüşdən sonra yeddi xal toplayıb. "Tottenhem" isə 10 xalla səkkizinci yerdədir.

"Cebheinfo.az"

Seçilən
10
3
cebheinfo.az

10Mənbələr