AZ

Kanaldan tanınmaz halda meyit tapıldı: Axtarılan tələbənin atası nələr danışdı?

Siyəzəndə sentyabr ayının 6-dan itkin düşən rayon sakini 22 yaşlı Mahmud Məlikovun axtarışları davam edir. Avtosfer.az xəbər verir ki, bu barədə Referans.az-a danışan gəncin atası Kamal Məlikov bu gün kanaldan tapılan meyitin baxış üçün ailəsinə təqdim edildiyini bildirib. Ata meyitə baxış zamanı heç bir əlaməti oğluna banzətməyib. Təkcə meyitin boyu ilə oğlunun boyunun uyğunluğunun eynilik təşkil etdiyini, meyitin təmamilə tanınmaz halda olduğunu bildirib. Tapılan meyitin oğlu olduğunu aydınlaşdırmaq üçün ata meyiti DNK testi etdirəcəyini bildirib.

Qeyd edək ki, ailə 1 aya yaxındır ki, müəmmalı şəkildə itkin düşən gəncin qumar oyununa qurşandığı deyib. Son olaraq isə gəncin namaz qılmaqçün məscidə getdiyi, lakin telefonunun Samur - Abşeron kanalının ətrafında tapıldığı xəbərlərdə əksini tapıb. Gəncin adıgedən kanalda boğulduğu iddia edilir. Sözügedən kanalın tunelində axtarışların aparılması üçün suyun həcminin aşağı düşürülməsi istiqamətində bu müddət ərzində aidiyyatı orqanlar tərəfindən nəsə etmək mümkün olmamışdır. Ailə oğullarının tuneldə ilişib qalmasından şübhələnirdi.

Əlavə edək ki, Mahmud Məlikov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbəsidir.

Seçilən
87
1
avtosfer.az

10Mənbələr