AZ

Metronun “28 May” stansiyasında qatar yoluna düşən sərnişin həyatını itirib

“Bakı Metropoliteni” QSC-nin 28 May stansiyasında sərnişin qatar yoluna düşüb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, maşinist dərhal qatarı dayandırıb, yüksək gərginlik çıxarılıb.

“Əməliyyat tədbirləri nəticəsində sərnişin qatarın altından çıxarılıb. Görülən tədbirlərə baxmayaraq, sərnişin həyatını itirib. Baş verən hadisə ilə bağlı qatarların hərəkətində 17 dəqiqə gecikmə olub”, - “Bakı Metropoliteni” QSC-nin yaydığı məlumatda bildirilir.

Seçilən
92
15
yeniazerbaycan.com

10Mənbələr