AZ

Elm iqlim fəaliyyətini sübut bazası ilə təmin edə bilər – IPCC

Bakı. Trend:

Elm iqlim fəaliyyətini sübut bazası ilə təmin edə bilər.

Trend xəbər verir ki, bubarədə İqlim Dəyişikliyi üzrə Hökumətlərarası ekspertlər qrupunun(IPCC) icraçı katibinin müavini Ermira Fida Bakıda keçirilən “iqlimdəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi" çərçivəsindəbeynəlxalq konfransın son gününün açılış mərasimindəsəsləndirib.

"Son vaxtlar dünyada geniş diqqətə səbəb olan ekstremal havahadisələri, o cümlədən, ABŞ-nin cənub-şərqinə təsir edən "Helen"qasırğası iqlim dəyişikliyinin artan təsirinin parlaq nümunəsidir.Bu hadisələr milyonlarla insana təsir edir və təcili tədbirlərinzəruriliyini bir daha xatırladır.

Aydındır ki, iqlim dəyişikliyi ilə mübarizədə məqsədlər və realqlobal tədbirlər arasında ciddi bir uçurum mövcuddur. Elm həllərinhazırlanması üçün sübut bazası təqdim edə bilər, lakin yalnız bu,siyasi fəaliyyətsizlik nəticəsində yaranmış boşluğu doldurmaq üçünkifayət deyil. Elmi məlumatların real tədbirlərə çevrilməsisiyasətçilərdən asılıdır", – o vurğulayıb.

Onun sözlərinə görə, IPCC BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası (UNFCCC) prosesinin formalaşdırılmasında mühüm roloynayıb və iqlim siyasətinin gücləndirilməsi və beynəlxalqsazişlərin bağlanması üçün elmi əsaslar təqdim edib. 1990-cı ildəIPCC-nin ilk qiymətləndirmə hesabatından başlayaraq, hər birnövbəti hesabat qlobal iqlim tədbirlərinin istiqamətini müəyyənedib.

Seçilən
13
1
az.trend.az

2Mənbələr