AZ

Millimiz Gürcüstana qarşı

Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunun II turunda Gürcüstan yığması ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 14:45-də başlayacaq.

I turda Azərbaycan İngiltərəni məğlub edib (4:0), Gürcüstan isə İspaniyaya uduzub (1:13).

Millimiz növbəti matçını oktyabrın 7-də İspaniyaya qarşı keçirəcək.

Seçilən
7
10
futbolinfo.az

10Mənbələr