AZ

Məşhur büdcəli Mitsubishi bazarda səs-küyə səbəb olub

...Kompakt “Mitsubishi Mirage” Yapon şirkətinin məşhur büdcə modelidir. Yaşına baxmayaraq, avtomobil 2024-cü ildə məşhurlaşdı və bazarda kifayət qədər səs-küyə səbəb oldu. SİA-nın əldə etdiyi məlumata görə, avtomobilın təfərrüatlarını“Carscoops” açıqlayıb.

ABŞ-da “Mitsubishi Mirage” satışları 2024-cü ildə iki dəfədən çox artaraq 114 faiz olub. İlin əvvəlindən şirkət büdcə modelinin 20024 nüsxəsini satıb.

Eyni zamanda, brendin ümumi satışı 82 817 avtomobil təşkil edib. Daha populyar olan yeganə model 35 629 ədəd “Mitsubishi Outlander” krossoveri olub.

Bu maraqlıdır, çünki 2011-ci ildə debüt edən Mirage-nin satışları son zamanlar azalırdı.

Onlar bu modeldən imtina edib başqa maşınla əvəz etmək qərarına gəliblər. Hər halda, belə bir məlumat daha əvvəl yayılmışdı. Yaponiyada satışlar artıq məhdudlaşdırılıb; ABŞ-da onlar 2025-ci ilə qədər bunu edəcəklər.

Yeni “Mitsubishi Xforce” krossoveri Amerika bazarı üçün onu əvəz edə bilər. Bu avtomobil yaxınlarda təqdim olunub. Baxmayaraq ki, bu məlumat 2025-ci il üçün şirkətin Şimali Amerika bölməsində göstərilməyib.

Avropada Space Star (Mirage-nin yerli variantı) hazırda Renault Clio-nun surəti olan Mitsubishi Colt-un baza variantı ilə əvəz olunacaq.

Nazlı Almuradova

Seçilən
203
50
sia.az

10Mənbələr