AZ

İsrail "Hizbullah"ı gözləyirdi, gələnlər çöl donuzları imiş - KURYOZ HADİSƏ (YENİLƏNİB)

İsrail rəsmi mənbələri olduqca ilginc məlumat yayıb. 

Musavat.com xəbər verir ki, İsrail Müdafiə nazirliyindən bildirilib ki, sərhədi keçənlərin çöl donuzları olub. Bu dəqiqləşdirildikdən sonra bütün müdafiə tədbirləri ləğv edilib.

Nazirlik heç bir atışma və ya ölüm halının baş vermədiyini, sərhədin qətiyyərlə qorunduğunu qeyd edib.


***

”Hizbullah” silahlıları Livandan İsrailin Dovev bölgəsinə sızıb. 

Musavat.com xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. 

Qeyd edilib ki, onların dəqiqə sayı hələlik bilinmir. 

Al-Jaaded televiziyası isə, 6 Hizbullah döyüşçüsünün yeraltı tunel vasitəsilə İsrailin şimalına sızmağa cəhd edərkən öldürüldüyünü bildirib.

Toğrul İSMAYIL,
Musavat.com

 

Seçilən
11
2
musavat.com

3Mənbələr