AZ

BANM 33 Prezident təqaüdçüsü ilə ölkə birincisi oldu!

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2024-2025-ci tədris ilində ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, Prezident təqaüdünə layiq görülmüş tələbələrin 33 nəfəri SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) təhsil alır.

Ümumilikdə, ölkə üzrə Prezident təqaüdünə layiq görülən tələbələrin sayı 102 nəfərdir.

BANM Prezident təqaüdçülərinin sayına görə bu il də birinci oldu. Təqaüdçülərin üçdə birini Ali Məktəbin tələbələri təşkil edir. Bununla da ölkə tarixində rekord qeydə alınıb.

BANM-in Prezident təqaüdçülərindən 9 nəfəri İnformasiya təhlükəsizliyi, 10 nəfəri Kimya mühəndisliyi, 11 nəfəri Biznesin idarə edilməsi, 2 nəfəri Kompüter mühəndisliy, 1 nəfəri isə Kompüter elmləri ixtisaslarının tələbəsidir.

5-ci dəfədir ki, Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə ölkənin ali təhsil müəssisələri arasında birincidir.

Tələbələrimizi ürəkdən təbrik edir, qürur duyuruq!

Seçilən
25
2
qafqazinfo.az

6Mənbələr