Bu gün Avropa Parlamentinin plenar sessiyasında Gürcüstanla bağlı müzakirə aparılacaq.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Avropa Parlamentinin saytında məlumat yerləşdirilib. Bildirilib ki, debatda Avropa İttifaqının (Aİ) Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozep Borel bəyanatla çıxış edəcək. Qeyd olunub ki, debatın mövzusu Gürcüstanda demokratik geriləmədir. Sabah isə müzakirələrin yekununu olaraq qətnamə səsə qoyulacaq.