Çətənə toxumunun faydaları
Çətənə toxumunun tərkibi və faydaları Çətənə toxumunun tərkibinin 30%-i yağdır, Omega-6 və Omega-3 baxımından zəngindir. Çətənə toxumu həmçinin E vitamini, fosfor, sodium, maqnezium, dəmir kimi maddələrlə zəngin olduğundun sağlamlıq üçün çox faydalı hesab olunur. Çətənə toxumu yağı da xeyli faydalı bir qida vasitəsi kimi istifadə oluna bilər. Çətənə tərkibli məhsulların üstünlükləri: Çətənə toxumu ürək xəstəliklərinə qarşı profilaktik tədbir görür. Dünyada ölümə ən çox səbəb olan xəstəliklərdən biri də ürək-damar xəstəlikləridir. Çətənə məhsulları ürək-damar xəstəlikləri riskini minimuma endirir. Bəzi elmi araşdırmalar çətənənin autoimmun xəstəliklərinə qarşı da mübarizə apararaq ümumi orqanizmin sağlamlığına yaxşı təsir etdiyini ortaya qoyub. Bu məhsullar: - Ürək sağlamlığını qoruyur,
- İltihabəleyhinə vasitədir,
- Dəri problemlərini aradan qaldırır,
- Şəkərli diabet riskindən qoruyur,
- Metabolik sindrom və digər şikayətləri olanlar üçün faydalıdır.