AZ

Saatlıda yük maşını ilə avtomobil toqquşub, xəsarət alanlar var

Saatlı rayonunda yük maşını minik avtomobili ilə toqquşub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Əlisoltanlı kəndi qeydə alınıb.

Belə ki, “Mercedes” markalı qoşqulu yük maşını ilə "VAZ-2109" markalı minik avtomobili toqquşub, nəticədə hər iki nəqliyyat vasitəsi yolun kənarına aşıb.

Hadisə zamanı Saatlı rayon sakinləri, 1961-ci il təvəllüdlü Nuriyev Xaqani Firudin oğlu və 1991-ci il təvəllüdlü İmanquliyev Şamxal Münasib oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hər iki şəxs Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Seçilən
10
3
far.az

10Mənbələr