AZ

Yük maşını ilə avtomobil toqquşub, xəsarət alanlar var

Saatlı rayonunda yük maşını minik avtomobili ilə toqquşub.

Bakupost.az Report-a istinadən bildirir ki, hadisə rayonun Əlisoltanlı kəndi qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" markalı qoşqulu yük maşını ilə VAZ-2109 minik avtomobili toqquşub, nəticədə hər iki nəqliyyat vasitəsi yolun kənarına aşıb.

Hadisə zamanı Saatlı rayon sakinləri, 1961-ci il təvəllüdlü Xaqani Firudin oğlu Nuriyev və 1991-ci il təvəllüdlü Şamxal Münasib oğlu İmanquliyev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hər iki şəxs Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Seçilən
11
6
bakupost.az

10Mənbələr