AZ

Almaniyanın neft tankeri Baltik dənizində yanıb

Almaniyaya məxsus 73 metrlik neft tankeri "Annika" Kühlungsborn şəhəri yaxınlığında Baltik dənizində yanıb. 

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın axtarış-xilasetmə xidməti açıqlama yayıb.

Bildirilib ki, radio qəza siqnalı yerli vaxtla saat 9:00 radələrində qəbul edilib. Səbəbi məlum olmayan yanğın maşın otağında baş verib.

Yanğın zamanı 7 nəfərlik ekipaj xilas edilərək sahilə çıxarılıb.

Xilasetmə əməliyyatına "Arkona" kreyseri, "Baltika" dərin dəniz yedək gəmisi və çoxməqsədli "Arkona" gəmisi cəlb olunub. 

Gülşən Şərif

Seçilən
32
4
bakivaxti.az

5Mənbələr