AZ

Azərbaycanda iqtisadi artım 4.7%-ə yüksəldi

2024-cü ilin yanvar-sentyabr aylarında ölkədə 92 milyard 829.5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.7 faiz çox artım deməkdir. Sonuncu dəfə ən yüksək artım 2024-cü ilin fevralında qeydə alınmışdı – 5.0 faiz.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0.9 faiz, qeyri neft-qaz sektorunda isə 7.1 faiz artmışdır.

ÜDM istehsalının 37.1 faizi sənaye, 9.6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7.0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6.4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6.3 faizi tikinti, 2.4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.8 faizi informasiya və rabitə sahələrinin, 19.2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10.2 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 9 102.9 manata bərabər olmuşdur.

Seçilən
131
34
banker.az

10Mənbələr