AZ

Hakan Fidan yunan həmkarı ilə görüşmək üçün Afinaya gedəcək

Türkiyənin xarici işlər naziri Fidan noyabrın 8-də Afinaya səfər edərək Yunanıstanın xarici işlər naziri Yorgos İerapetritis ilə görüşəcək.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, rəsmilərdən əldə edilən məlumata görə, Yerapetritisin 5 sentyabr 2023-cü ildə Ankaraya işgüzar səfərinə cavab olaraq Türkiyə xarici işlər naziri Hakan Fidan noyabrın 8-də Yunanıstana cavab səfəri edəcək.

Fidanın noyabr ayında Afinaya səfərinin mühüm gündəm maddələri arasında Prezident Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis arasında 2025-ci ildə Ankarada keçirilməsi planlaşdırılan 6-cı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq da var.

Səfər zamanı iki nazirin regional məsələləri, xüsusilə Yaxın Şərqi, eləcə də ikitərəfli münasibətləri müzakirə edəcəyi gözlənilir.

QAZİLER.AZ

Seçilən
81
12
qaziler.az

10Mənbələr