AZ

"3+3" platformasının növbəti iclası İstanbulda keçiriləcək...

Image

Oktyabrın 18-də İstanbulda "3+3" regional platformasının iclası keçiriləcək. Bu barədə açıqlama verən Türkiyə xarici işlər naziri Hakan Fidan, Cənubi Qafqaz regional əməkdaşlıq platforması ("3+3") vasitəsilə region ölkələri ilə Qafqaz üzrə məsləhətləşmələri davam etdirdiklərini deyib.

"Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığı hədəfləyən bu platformanın üçüncü toplantısını oktyabrın 18-də İstanbulda keçirəcəyik. Görüşdə Azərbaycan, Ermənistan, İran və Rusiya Federasiyasının xarici işlər nazirləri də iştirak edəcəklər", - deyə H. Fidan əlavə edib.

ZÜMRÜD






Seçilən
12
21
baki-xeber.com

10Mənbələr