AZ

Ermənistanın Türkiyə ilə bağlı planı – Lavrov açıqladı

Ermənistan münasibətləri normallaşdırmaq üçün Türkiyə tərəfi ilə birbaşa əlaqə qurmaq istəyir.
 
Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbulda regional “3+3” platformasının iclasının yekunlarına dair mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, Rusiya bu prosesin başlanmasına fəal töhfə verib, İran da ona qoşulub, lakin hazırda heç bir görüş nəzərdə tutulmur.
 
“Erməni həmkarlar fasilə verdilər ki, indi biz türklərlə birbaşa əlaqə saxlamalı və nə etmək lazım olduğunu başa düşməliyik”, - Lavrov deyib.
 
Rusiyalı nazir vurğulayıb ki, İrəvanla Ankara arasında münasibətlərin normallaşması istənilən halda Ermənistan-Azərbaycan danışıqları ilə bağlıdır, ona görə də görüşdə bu məsələləri bütövlükdə müzakirə etmək və cəlb olunmuş ölkələri tezliklə razılığa gəlməyə təşviq etmək təklif olunub.
 
“Rusiya və İran, öz növbəsində, birbaşa iştirakçıların marağı olarsa, yardım etməyə hazırdır”, - Lavrov yekunlaşdırıb.
Seçilən
55
50
moderator.az

10Mənbələr