AZ

Lukaşenko Trampa: "Normal kişilər qadınlarla savaşmırlar"

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ-də keçirilən seçkiləri “hamı axmaqdır” ifadəsi ilə qiymətləndirib.

Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

O, vurğulayıb ki, əgər Belarusda və ya Rusiyada belə bir şey olsaydı, “bir dənə də olsun axmaq seçilməzdi”.

Lukaşenko həmçinin ABŞ-dəki prezident seçkilərini “dəhşətli və axmaqlıq” adlandırıb.

Onun sözlərinə görə, normal kişilər qadınlarla "savaşmırlar". Belə ki, o, Respublikaçılar Partiyasının namizədi Donald Trampla vitse-prezident Kamala Harris arasında gedən debatı şərh edib.

Lukaşenko həmçinin Trampın tərəfdarı olduğunu da fikirlərinə əlavə edib.

QAZİLER.AZ

Seçilən
64
7
qaziler.az

7Mənbələr