AZ

“Aygün Kazımova mənə gizlin və aşkarda o qədər jestlər edib ki...”-FOTOSESSİYA

Müğənni Xatun Əliyeva Moderator.az-ın suallarını cavablandırıb.
 
-Xatun xanım, son günlər çox çəki atmısız. Bu estetik əməliyyatdır yoxsa sağlam yolla arıqlama?
 
-Bu yaşdan sonra gözəllikdən çox sağlamlığı düşünmək lazımdır. Ona görə də ödümdən əməliyyat oldum və hər şeyi sıfırladım. Ciddi şəkildə diyetoloq, endokrinoloq müayinələrində oldum. Ən əsası da yeməyə diqqət etdim. 21 gün demək olar ki, yalnız maye qəbul etdim. Həzm prossesini yaxşılaşdırmaq üçün xüsusi qarışımlar içdim. Bu gün yenə də pəhrizdəyəm. Yürüyüş edirəm. Həftədə 2 dəfə pilateslə məşğul oluram.
-Dayanmadan repertuarınızı yeniləyirsiniz. Amma bütün həmkarlarınıza bunu aid edə bilmərəm. Əksəriyyət sənətdən başqa hər işlə məşğul olur..
 
-Mənim gözüm gözəlliklər görür. Qulağım da gözəl ifaları eşidir. Bu gün kim kiminlə neynir, nə işlə məşğuldur mənə maraqlı deyil. Kim nə edirsə özünə edir.
 
-Bu günlərdə mərhum sənətkarımız İlhamə Quliyevanın gecəsində onun mahnısını ifa etdiniz. Amma ora gəlməyib, son gün imtina edənlər də oldu..
 
-Allah İlhamə xanıma rəhmət etsin. Gəlməyənlər özləri bilər. Amma mən sevə-sevə gəldim və mənə özəl xatirəsi olan “Sevgi dünyamız” mahnısını ifa edərək, konsertdə iştirak etdim.
 
-Xatun nədən bezib, nədən usanıb? Nə sizi incidir?
 
-Həyat mücadilədir, mübarizə meydanıdır. Yaşamalısan, yaşatmalısan. Yeməlisən, yedizdirməlisən. Bezməklər də olur. İnsanıq da.. Amma mən çox neqativə köklənmirəm. Məni incidən nankor, riyakar, istifadəçi insanlardır. Onlarla da mübarizə aparmaq axmaqlıq olar. Ona görə də kinli, qurdlu, pessimist insanları boş vermişəm.
-Bilirəm ki, ən böyük arzularınızdan biri solo konsertdir. Nə gecikdirir sizi?
 
-Hər bir potensiallı müğənni kimi mənim də konsert arzumdur. İnşallah artıq o üzrə start götürmüşük. O da olacaq. Konsertə həm maddi, həm də mənəvi baxımdan hazır olmaq lazımdır. Yəqin ki, 2025-ci ildə bu arzuma çataram.
 
-Pop diva Aygün Kazımova ilə gözəl münasibətiniz son günlər çox danışılır. Aygün xanımdan özünüzə lazım olan nələri götürmüsüz?
 
-Yenidən doğulsam da Aygün Kazımovaya bənzəyə bilmərəm. Hamı mənim ona olan sevgimi, sədaqətimi, rəğbətimi bilir. Bu elə-belə olmayıb. Onun mənə gizlində, aşkarda etdiyi jestlər Aygün xanımı mənə çox bağlayıb. Nəinki müğənnilər, hətta evdar qadınlar belə Aygün xanımdan illərdir bəhrələnir. Mən ona baxanda istirahət edirəm. Motivasiya alıram, yaşamaq istəyirəm.
-Sizcə sənət aləmində ən şarmlı xanım kimdir?
 
-Müğənnilərdən ən şarmlı Aygün Kazımova, aktrisalardan Dilarə Əliyeva, aparıcılardan isə Afaq Gəncəlidir. Türkiyədə Hülya Avşar, dünyada isə Monika Belluçidir.
 
-Kimlərə barışıq addımı atmaq istərdiniz?
-Heç kəslə küsülü deyiləm. Yəni mənimlə bir camiyədə olan səviyyəli insanların heç birindən küsməmişəm. Hamısının da xətri çox əzizdir.
 
-Nənə kimi özünüzü necə hiss edirsiniz?
 
-Mən bu həyatda ən çox nənə olmağı sevdim. Bu başqa sevgidir. Bu dadlı sevgidir. Allah arzusunda olanlara nəsib etsin. Allah qorusun. İnşallah ki, mənə nəticə də qismət olar.
Seçilən
126
50
moderator.az

10Mənbələr