AZ

2 illik fasilədən sonra gəmi gəzintisində - Qiymətlər - Yenilənib

“Dəniz suyunun səviyyəsinin enməsi ilə əlaqədar Bakı bulvarında 2022-ci ildən gəmi gəzintisinə fasilə verilmişdi. İlin əvvəlindən batimetriya (dənizin dərinliyinin ölçülməsi) işləri aparıldı, nəticədə gəminin rahat və təhlükəsiz hərəkəti üçün yeni marşrut xətti müəyyənləşdi”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva bildirib.

Ə.Mehdiyeva qeyd edib ki, əgər 2022-ci ilə qədər Milli Parkda gəmilər “Sadko” körpüsünün yanından hərəkət edirdisə, yeni marşrut xəttinə əsasən, Dəniz Vağzalının qarşısındakı körpüdən hərəkət edəcək:

“Dənizin bu hissəsindəki dərinlik gəminin rahat və təhlükəsiz hərəkəti üçün imkan verir. İnsanların gəmiyə olan marağını, uzun müddət fəaliyyətində yaranan fasiləni nəzərə alaraq, gəminin istismarı ilə bağlı xərclərin artmasına baxmayaraq, Dənizkənarı Bulvar İdarəsi əvvəlki qiymətləri saxlayıb.

Bilet qiymətləri gəminin yerindən, mərtəbəsindən asılı olaraq 5-10 manat arasında dəyişir. Bu qiymətlər 2015-ci ildə müəyyənləşdirilib.

Onu da bildirim ki, Gəmidə mühafizəni Su Nəqliyyatında Polis İdarəsi və Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti təmin edir”.

***

İdarə rəsmisi əlavə edib ki, gəmi gəzintisində yaz-qış qrafiki fərqli olacaq: “Hazırda qış qrafikinə görə, gəmi hər gün saat 14:00-dan 21:00-a qədər fəaliyyət göstərəcək. Küləkli hava şəraitində isə fəaliyyət göstərməyəcək. Yaz qrafiki isə hələlik müəyyənləşməyib”.

Lamiyə Məmmədova

Seçilən
45
9
qafqazinfo.az

10Mənbələr