AZ

Rud van Nistelroy MY-dəki gələcəyi ilə bağlı danışdı

“Mançester Yunayted”də baş məşqçi səlahiyyətlərinin icraçısı Rud van Nistelroy “qırmızı şeytanlar”ın düşərgəsindəki gələcəyi haqda danışıb.

Arena.az məlumat verir ki, niderlandlı mütəxəssis, komandaya yeni baş məşqçi təyin edildikdən sonra da “qırmızı şeytanlar”ın düşərgəsində qalmağa hazır olduğunu bildirib:

“Mən bura kluba kömək etmək üçün köməkçi kimi gəlmişəm. İndi bu rolda gərək olan qədər kömək göstərirəm. Gələcəkdə mən “Mançester Yunayted”də istənilən rolda qalmağa hazıram”.

Xatırladaq ki, “Mançester Yunayted” niderlandlı mütəxəssis Erik ten Haqı baş məşqçi vəzifəsindən istefaya göndərdikdən sonra, “qırmızı şeytanlar”ın sükanı müvəqqəti olaraq Ten Haqın köməkçisi və həmvətəni Van Nistelroya həvalə edilib.

Rud van Nistelroyun çalışdırdığı kollektiv ilk oyununda İngiltərə Liqa Kubokunun 1/8 finalında “Lester Siti”ni qəbul edib və “tülkülər” üzərində 5:2 hesablı qələbə qazanıb.

Həmçinin Van Nistelroy Erik ten Haqın baş məşqçi vəzifəsindən qovulmasının səbəblərini incələyib və istefaya göndərilməsindən sonra niderlandlı mütəxəssisin bu qərara qarşılığını açıqlayıb:

“Aydındır ki, futbolda hər şey nəticədən asılıdır. Erik də bunu deyirdi. Mövsümöncəsi, oyuna yeni yanaşma üzərində işləmişdik, hamı nikbin idi və klubu növbəti səviyyəyə qaldırmaq üçün çox çalışırdı. Bəzən izahı mümkün olmayan hadisələr də baş verir. Daha artığına layiq olduğumuz oyunlar da çox idi. Mən “Fənərbaxça”, “Vest Hem”, “Kristal Pelas”, “Portu” ilə oyunlardan danışıram. Amma biz bilirik ki, nəticə əsasdır, işimizin mahiyyəti də budur”.

Rud van Nistelroy Ten Haqla görüşdüyünü də bildirib və istefaya göndərilmiş mütəxəssisin vəziyyətini təsvir edib:

“Həmin gün onu görmüşəm və oyundan əvvəl də onunla danışmışam. Klubla həqiqətən maraqlandığı üçün məyus olub və təsirlənib. Kluba qayıtdıqdan sonra ilk söhbətlərimizdə hiss etdim ki, Ten Haq “Mançester Yunayted”ə qayğı göstərir və onu sevir və onu növbəti səviyyəyə qaldırmaq istəyir. Bu səbəbdən, ayrılmaq məcburiyyətində qalması onu incidirdi. Bununla belə, o, uğuru ilə – iki kubok qazanması ilə fəxr edir”.

Xatırldaq ki, Erik ten Haqdan “miras” qalmış “Mançester Yunayted” İngiltərə Premyer Liqasının 9 turundan sonra 11 xalla yarış cədvəlinin 14-cü pilləsəində qərarlaşıb.

Seçilən
38
26
arena.az

10Mənbələr