AZ

Badenok Böyük Britaniya Mühafizəkarlar Partiyasının yeni lideri olub

Böyük Britaniyanın keçmiş biznes və ticarət naziri Kemi Badenok Mühafizəkarlar Partiyasının yeni lideri seçkilərində qalib gəlib.

“İki sahil” “Reuters”ə istinadən xəbər verir ki, Rişi Sunakın xələfinin seçimlərinin yekun mərhələsində torilərin rəhbəri postu uğrunda iki namizəd mübarizə aparıb: Kemi Badenok və keçmiş miqrasiya naziri Robert Cenrik.

Son turda səsvermə təkcə İcmalar Palatasının üzvləri yox, bütün partiya üzvləri üçün açıq olub. Səsvermənin nəticələrinə görə, Badenok səs çoxluğunu toplayaraq qalib gəlib.

Böyük Britaniyanın Baş naziri Kir Starmer Badenoku Britaniya parlamentində partiyaya rəhbərlik edən ilk qaradərili siyasətçi olması münasibətilə təbrik edib.

“Vestminster partiyasının ilk qaradərili liderinin olması ölkəmiz üçün qürurverici məqamdır. Britaniya xalqının maraqları naminə sizinlə və partiyanızla işləməyi səbirsizliklə gözləyirəm”, - hakim Leyboristlər Partiyasının rəhbəri Starmer deyib.

Badenoku artıq Mühafizəkarlar Partiyasının rəhbəri kimi onun sələfləri olan Devid Kemeron, Boris Conson və Rişi Sunak da təbrik ediblər.

Seçilən
35
6
ikisahil.az

10Mənbələr