AZ

Müsabiqə yolu ilə işə qəbul edilmiş hüquqşünaslar prokurorluq işçilərinin 89,1 faizini təşkil edir - Heydər Məmmədov (FOTO)

Bakı. Trend:

Prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olanşəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbətimüsabiqənin ikinci – yazılı imtahan mərhələsi keçirilir.

Trendxəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, tədbir zamanı açılış nitqi ilə çıxış edən Başprokurorun müavini Heydər Məmmədov namizədlərə uğurlar arzulayaraqbildirib ki, indiyədək işə qəbulla bağlı keçirilmiş 25 müsabiqədəuğur qazanmış 1203 hüquqşünas prokurorluq işçilərinin 89,1 faizinitəşkil edir.

Hazırkı, yəni 26-cı müsabiqənin ikinci mərhələsinə ilk turdamüvəffəqiyyət qazanmış 161 nəfər hüquqşünas iştirak edir.

Qeyd olunub ki, Baş Prokurorluğun Müsabiqə Komissiyasıtərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektivprosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirləringörülməsi təmin edilib.

Həmçinin, imtahanı müvafiq qurumların, o cümlədən qeyri-hökuməttəşkilatlarının nümayəndələri müşahidə edir.

Hazırkı müsabiqənin yazılı imtahan mərhələsində iştirak etmiş161 namizəd (o cümlədən 34 qadın) Bakı Dövlət Universitetinin,Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilikAkademiyasının, Milli Aviasiya Akademiyasının və xarici ali təhsilmüəssisələrinin məzunlarıdır.

Müsabiqə
Müsabiqə
Seçilən
15
9
az.trend.az

10Mənbələr