AZ

Hansı valyuta ucuzlaşsa: Manat dəyərdən düşər?

ABŞ-də keçiriləcək prezident seçkiləri öncəsi keçirilmiş sorğularda namizədlərin (Donald Tramp və Kamala Harris) baş-başa qalması dolların yeni həftənin ilk ticarət günündə dəyər itirməsinə səbəb olub.

Yerli mətbuatda yayılan məlumatlara görə, “Dollar indeksi”( ABŞ dollarının (USD) əcnəbi valyutalar səbətinə olan nisbətidir) və ABŞ-nin 10 illik istiqrazlarının gəlirliliyi, son həftələrdə iyul ayından bəri ən yüksək səviyyəyə çatıb. 

Bu, Donald Trampın mümkün qələbəsinin qiymətlərdə əks olunması kimi şərh olunur. Dolların ucuzlaşmasına, yumşaq fiskal siyasət, yüksək gömrük tariflərinin fiskal kəsiri və inflyasiyanın artmasına səbəb olacağı gözləntisindən qaynaqlanır.

Cümə günü 0,40 % bahalaşan “Dollar İndeksi” bu səhər saat 08:54-dək mənfi 0,63 faizlə əməliyyat olunub, çünki sorğular başa-baş nəticə göstərir. “Dollar indeksi” isə 0,57 % düşərək 103,7 səviyyəsinə geriləyib.

Bununla bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, Trampın ümumi iqtisadi siyasətində başlıca istiqamətlərdən biri ucuz dollar siyasətini təşviq etməkdir: 

“Məhz hakimiyyəti dövründə Donald Tramp davamlı olaraq Federal Ehtiyat Sisteminə (FED) bununla bağlı təzyiqlər edirdi. Əgər Tramp yenidən prezident seçilərsə, hakimiyyəti dövründə FED-ə qarşı təzyiqlərin güclənəcəyi ehtimalları var. Dolların ucuzlaşması istiqamətində addımlar güclənə bilər.

Bu da öz növbəsində Azərbaycan manatına təsirsiz ötüşə bilməz. Çünki manatın məzənnəsi digər valyutalarla müqayisədə dollara münasibətdə formallaşır. Əgər dollar ucuzlaşacaqsa, manat da ucuzlaşacaq.

Son altı-yeddi ildir ki, ölkəmizdə dollara fokuslanmış məzənnə siyasəti həyata keçirilməkdədir. Hazırda Azərbaycanda manatın məzənnəsi neftin qiymətindən çox asılıdır. Bu istiqamətdə risklər yüksəkdir. 

Bildirim ki, Tramp ucuz neft siyasətinin dəstəklənməsində maraqlıdır. Tramp yenidən prezident seçiləcəyi təqdirdə dünya bazarında neftin ucuzlaşması istiqamətində istehalçı ölkələrə müxtəlif vasitələrlə təziqlər oluna bilər.

Eyni zamanda Tramp Amerika bazarında da neftin qiymətinin ucuclaşmasına çalışa bilər. Neftin qiymətinin ucuzlaşması, Azərbaycanın neft gəlirlərinə mənfi təsir edəcək. Hesab edirəm ki, Donald Tramp yenidən hakimiyyətə gələ bilməyəcək. Kamala Harrisin qalib olma ehtimalı yüksəkdir. Belə bir şəraitdə Federal Ehtiyat Sistemi mövcud siyasəti davam etdirəcək. 

Qeyd edim ki, 2025-ci ildə qlobal bazarda hər hansı ciddi dəyişiklik baş verməyəcək. Manatın məzənnəsinin sabitliyi hökumətin prioritet istiqamətlərdən biri olaraq qalmaqda davam edəcək.

Hökumət mümkün qədər müəyyən resurslardan istifadə edərək, bu siyasəti davam etdirəcək. Bütün fundamental faktorlar manatın məzənnəsinin qorunub saxlanılmasına və ya güclənməsinə yönələcək”. 

Seçilən
50
33
cebheinfo.az

10Mənbələr