AZ

Hazır qəhvə içənlərə pis xəbər – Orqanizmə ziyanları nələrdir?

Marketlərdən paket şəklində alınan hazır qəhvələr toz və ya dənə şəklində olur.

Bakupost.az xəbər verir ki, üçü birdə, ikisi birdə və ətirli qəhvə kimi növlərinin olması və tez hazırlanması onları istehlak etmək üçün məntiqli bir məhsul kimi göstərsə də, hazır qəhvə istehlakının əslində sağlamlığa ciddi ziyan vurduğu ortaya çıxıb.

Mütəxəssislərin fikrincə hazır qəhvənin tərkibində olan əlavələr və süni kofein yuxusuzluğa səbəb olan məhsullardır. Eyni zamanda yuxu rejiminə verdiyi zərərlə yanaşı ürək döyüntüsünə və qan təzyiqinin artmasına səbəb olur.

Bu içkinin tez-tez istifadəsi mədə divarının perforasiyasına səbəb olur və mədə turşusunu zədələyir. Xora, qastrit və buna bənzər mədə problemlərinə səbəb olan hazır qəhvə, miopiya və katarakta və kimi göz xəstəliklərinin riskini də artırır.

Eyni zamanda bu məhsul hormonları zədələyərək hamiləlik riskini azaldır. Bundan əlavə, hazır qəhvə xüsusilə hamiləlik dövründə istifadə edilməməlidir. Hazır qəhvə vitamin və mineral qəbulunun da qarşısını alır. Hamiləlik dövründə onun istifadəsi həm ana, həm də uşaq üçün risklər daşıyır.
Seçilən
34
16
bakupost.az

10Mənbələr