AZ

Əlicançay su anbarı 33 min hektar əkin sahəsini su ilə tam təmin edəcək

Şəki və Oğuz rayonları ərazisində yerləşən Əlicançay su anbarının tikinti işlərinin yerinə yetirilməsi üçün hazırlıq işləri tamamlanıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına görə, su anbarı tikilib istifadəyə verildikdən sonra Şəki və Qax ərazisində 3483 hektar əkin sahəsinin su təminatı yaxşılaşacaq, o cümlədən 29517 hektar yeni torpaq sahəsi su ilə təmin olunacaq. Su anbarı ümumilikdə 33 min hektar əkin sahəsini su ilə tam təmin edəcək.

Əlicançay su anbarının ümumi su tutumu 108 milyon kub, çay hövzəsində qurulan bəndin qaşı üzrə uzunluğu 314,74 metr, hündürlüyü isə 49 metrdir.

Hazırda göl ərazisinin təmizlənməsi, dib suburaxanın xəndəyinin, bənd özülünün, gil, qum-çınqıl karxanalarının üst qatının və sel sutullayıcısının qazma işləri davam edir.

Seçilən
32
26
vergiler.az

10Mənbələr