1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
HƏMAS İranda yerli silahlar hazırlamaq üçün təlim keçib.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə "Bloomberg" xəbər yayıb.
Nəşr İranda HƏMAS qüvvələri üçün gizli təlim kursundan 14 səhifəlik qeydlər əldə edib. Məlumata görə, qeydlər arasında dronlar və raket döyüş başlıqları üçün elektron avadanlıq planları var.
Kəşfiyyatçılar bildiriblər ki, təlimin məqsədi və missiyası yerli arsenal qurmaq olub. Onların sözlərinə görə, HƏMAS qüvvələri yalnız dron istehsalını deyil, həm də raketlərə partlayıcıların bərkidilməsi və əldəqayırma minaların hazırlanması üsullarını öyrəniblər. 2016-cı ildən başlayan təlim 3-5 ay müddətində həyata keçirilib. Təlim İran və HƏMAS arasında sıx əməkdaşlıq çərçivəsində baş tutub və maliyyə, eləcə də silah qaçaqmalçılığını əhatə edib.