AZ

Bu il xarici bazarlara 142 milyon dollar dəyərində pomidor ixrac olunub

Kənd təsərrüfatı dövlət dəstəyinin genişləndirilməsi, ixrac qabiliyyəti yüksək olan məhsulların yetişdirilməsinə dəstək mexanizmləri müsbət nəticələrini verir. Azərbaycandan xarici bazarlara ixrac olunan kənd təsərrüfatı məhsulları sırasında istixana şəraitində yetişdirilmiş pomidor xüsusi çəkiyə malikdir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən FED.az-a bildirilib ki, 2024-cü ilin ilk 10 ayı ərzində ölkəmizdən xarici bazarlara pomidor ixracının həcmində 4,8 faiz artım qeydə alınıb.

Yanvar-oktyabr ayları ərzində xarici bazarlara 141 milyon 965 min ABŞ dolları dəyərində 118922 min ton pomidor ixrac olunub. İxrac olunan pomidorun dəyərində ötən illə müqayisədə 12,4 faizlik artım var.

İstixanalara marağın artması həm rəqabətədavamlı məhsul istehsalına, həm də xarici bazarlara daha çox məhsul ixrac etməyə imkan verir.

Azərbaycanda istixana şəraitində yetişdirilən pomidor əsasən Rusiya bazarlarına ixrac olunur.

Seçilən
5
6
fed.az

10Mənbələr