AZ

Ukrayna Trampa görə depressiyaya düşüb - KİV

"ABŞ-də keçirilən prezident seçkilərində respublikaçı Donald Trampın qələbəsindən sonra Ukrayna hakimiyyəti artıq depressiyaya düşüb. Bu faktı Qərb mətbuatı təəssüflə bildirir". 

"Unikal" xəbər verir ki,  bu barədə Britaniyanın “The Guardian” qəzeti yazıb. 

Nəşr vurğulayır ki, Ukrayna qeyri-müəyyənlik və ümidsizlik içinə düşüb.

Daha bir KİV - “The Spectator” yazır ki, Ukraynada dəstəkdən imtina xəyanət kimi qəbul ediləcək. Bununla belə, bəzi ukraynalı rəsmilər hələ də optimist olaraq qalırlar və Trampın onların tərəfinə keçə biləcəyinə ümid edirlər. 

"Politico"ya görə isə Bayden administrasiyası təcili olaraq Ukraynaya 6 milyard dollarlıq yardım paketi şəklində ayrılıq hədiyyəsi verməyi planlaşdırır: "Biz bunu Trampın inauqurasiyasına qədər etməliyik, çünki avadanlıq və sursatların tədarükü bir neçə ay çəkir".

Noyabrın 5-də ABŞ-də növbəti ümumi seçkilər keçirilib. Onlar prezidenti, Senatın üçdə birini və ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün üzvlərini, həmçinin 11 ştatın və iki ərazinin qubernatorlarını seçiblər. Respublikaçılar Partiyasını təmsil edən Donald Tramp və hakim ABŞ Demokratik Partiyasını təmsil edən Kamala Harris dövlət başçısı postuna namizədliyini irəli sürüblər.

"Fox News" noyabrın 6-da bildirib ki, Tramp 277 seçici səsini qazanaraq ABŞ prezident seçkilərində qələbəsini təmin edib. ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson Trampı ölkənin seçilmiş prezidenti adlandıraraq, onun Amerika xalqı tərəfindən seçildiyinə işarə edib.

Gülayə Mecid

Seçilən
56
50
unikal.az

10Mənbələr