AZ

Avropa liderləri Gürcüstan hakimiyyətini təhdid etdilər – Bəyanat

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Polşanın baş naziri Donald Tusk Gürcüstandakı siyasi vəziyyətlə bağlı birgə bəyanat veriblər.

Modern.az xəbər verir ki, Gürcüstan hakimiyyətinə yönələn bəyanatda deyilir:

“Gürcüstan hazırkı kursunu dəyişməyincə və nəzərəçarpacaq islahatlara, xüsusən də Avropa dəyərlərinə və prinsiplərinə zidd olan bu yaxınlarda qəbul edilmiş qanunvericiliyi geri götürənə qədər, biz Avropa İttifaqına üzvlük danışıqlarının başlanmasını dəstəkləyə bilməyəcəyik”.
 

Bundan əlavə, bu gün, noyabrın 7-də Aİ-nin doqquz ölkəsinin parlament komitələri bəyanat yayaraq, Gürcüstanda keçirilən seçkilərlə bağlı beynəlxalq araşdırmaya çağırıb və “seçki saxtakarlığına görə məsuliyyət daşıyan” siyasətçilər və məmurlara qarşı sanksiyalar tətbiq ediblər.

Gürcüstanda keçirilən parlament seçkilərində “Gürcü arzusu”nun qələbəsindən sonra Avropa liderləri arasında yalnız Macarıstanın baş naziri Viktor Orban Tbilisini təbrik edib. Eyni zamanda, o, gözlənilmədən Tbilisiyə gəlib və orada elan edib ki, bu qələbə “Gürcüstanı mənasız müharibəyə cəlb etməməyə” imkan verdi.

Orban rəsmi Tbilisini əmin edib ki, gələcəkdə Macarıstanın strateji tərəfdaşlığına arxalana bilər.

Almaniya və Fransa da daxil olmaqla 13 Avropa İttifaqı ölkəsi Viktor Orbanın Gürcüstana səfərini pisləyib və bunu “vaxtından əvvəl” adlandırıb.

Seçilən
22
50
modern.az

10Mənbələr