AZ

Təcili yardım maşını qəzaya uğradı - Həkim və 3 nəfər xəsarət aldı

Noyabrın 6-da Qusar şəhəri Çingiz Qurbanov küçəsində ağır yol qəzası baş verib.

Sabah.az xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasına məxsus “Mercedes” markalı təcili tibbi yardım avtomobili, “VAZ-21140” və “Mercedes” markalı digər minik avtomobili toqquşub.

Nəticədə tibbi yardım maşınında olan həkim, tibb bacısı və sürücü, eləcə də “VAZ”ın sürücüsü xəsarət alıb.

Faktla bağlı Qusar RPŞ-də araşdırma aparılır.

Seçilən
247
17
sabah.az

10Mənbələr