Ermənistan Baş naziri Nikol Paşinyan Budapeştdə Avropa Siyasi Birliyinin beşinci sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makronla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Onlar Ermənistan-Fransa əməkdaşlığı ilə bağlı məsələləri müzakirə ediblər.
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı da fikir mübadiləsi aparılıb.