1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 223 nəfərə çatıb, qurbanların böyük əksəriyyəti ölkənin şərqindəki Valensiya muxtar icmasında qeydə alınıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın nəqliyyat naziri Oskar Puente "X" hesabında məlumat verib.
O qeyd edib ki, Valensiyada 215, Kastiliya-La-Mança muxtar icmasında 7, Əndəlüsdə isə 1 nəfər həlak olub. 78 nəfər itkin düşüb. Eyni zamanda, ölən 48 nəfərin hələ də şəxsiyyətinin müəyyən edilmədiyi bildirliib.
Bundan əvvəl 219 nəfərin öldüyü, 93 nəfərin isə itkin düşdüyü məlumat verilmişdi.