Gürcüstan və Ermənistan sərhəd zolağında 3 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki. bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.
Bildirilib ki, zəlzələ noyabrın 9-da yerli vaxtla saat 10:35-də (GMT 10:31) Bavra kəndindən 14 km şimal-şərqdə, ocağı 10 km dərinlikdə olub.
Zəlzələ rayonun Bavra, Sarağyux, Sizavet, Tavşut, Qazançı kəndlərində 2-3 bal gücündə hiss olunub.