Polşanın Baş naziri Donald Tusk əməliyyat olunub.
Editor.az report-a istinadən xəbər verir ki, bu barədə Polşanın Hökumət İnformasiya Mərkəzi məlumat yayıb.
“Baş nazir Donald Tusk planlaşdırılmış tibbi əməliyyat keçirib. O, noyabrın 13-ü çərşənbə günü rəsmi vəzifəsinə qayıdacaq”, – deyə mərkəzin açıqlamasında bildirilir.
Əməliyyat barədə təfərrüatlar açıqlanmayıb.