AZ

Avropa birinciliyində uğurlu çıxış

Azərbaycanın yeniyetmə taekvondoçuları Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa birinciliyində 1-i qızıl, 1-i gümüş və 2-si bürünc olmaqla 4 medal qazanıblar. 

Yığma üzvlərindən Novruz Əliyev (45 kq) bütün rəqiblərini üstələyərək Avropa çempionu olub. Anar Abdullazadə (37 kq) gümüş medala sahib çıxıb. Gülay Əliyeva (44 kq) və Fərid Əlizadə (61 kq) bürünc medala layiq görülüblər. 

Bununla da, Azərbaycanın oğlanlardan ibarət komandası ümumi hesabda 3-cü pillədə qərarlaşıb.

Leyla QURBANOVA 

XQ

Seçilən
14
5
xalqqazeti.az

10Mənbələr