AZ

COP29-da iqlim savadlılığı mövzusunda yan tədbir keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2024-cü il noyabrın 12-də COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu pavilyonunda "Eco Hub" Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi "İqlim savadlılığı və ekoloji layihə idarəetməsi üçün kommunikasiyanın gücləndirilməsi: QHT və gənc ekofəallar üçün bilik və bacarıqların artırılması" adlı yan tədbir təşkil edib.
Oxu.Az xəbər verir ki, məqsəd QHT nümayəndələrinin, o cümlədən gənc iqlim fəallarının təşəbbüskarlığını artırmaqdır.
Tədbir çərçivəsində "QHT-lər üçün iqlim savadlılığında kommunikasiya və media strategiyalarının təkmilləşdirilməsi", "Ekoloji layihələrin idarə edilməsində trendlər və innovativ yanaşmalar", "Ekoloji layihələr üzrə "beyin fırtınası" və ideyaların ərsəyə gəlməsi" mövzularında praktiki seminarlar təşkil edilib.
Mövzu ilə əlaqədar müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Seçilən
46
10
oxu.az

10Mənbələr