AZ

Fransada prezident olmaq istəyən şəxsi həbs edə bilərlər

Paris prokurorluğu "Milli Birlik” partiyasının parlament fraksiyasının lideri Marin Le Penə 5 il həbs cəzası tələb edir.

Prokurorluq Le Penin 3 il şərti həbs və 300 min avro cərimələnməsini tələb edir.
 
Bundan əlavə, ittiham tərəfi həmin şəxsin beş il ərzində dövlət orqanlarına seçilmək hüququndan məhrum edilməsini tələb edib.

Bu işdə Le Pendən başqa "Milli Birlik”in 20 üzvü də var.

Məhkəmə günahkar hökm çıxarsa, Le Pen seçkilərdə iştirak edə bilməyəcək.

Siyasətçi ittihamlara cavab olaraq bildirib ki, prokurorluq fransızları ona səs vermək imkanından məhrum etmək istəyir.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər "Milli Birlik” üçün pul mənimsəmək üçün Avropa Parlamentində saxta köməkçilər tutublar.

Le Pen 2027-ci ildə Fransa prezidentliyinə namizəd olmaq niyyətini açıqlayıb.
 
Gülnar

www.anews.az
Seçilən
73
48
anews.az

10Mənbələr