AZ

Kim Çen In pilotsuz hücum təyyarələrini sınaqdan keçirib

Şimali Koreya lideri Kim Çen In müxtəlif İHA modellərinin imkanlarının sınaqlarına rəhbərlik edib və pilotsuz hücum təyyarələrin kütləvi istehsalına göstəriş verib. Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Pilotsuz təyyarələr Şimali Koreyanın Pilotsuz Aviasiya Texnologiyaları Assosiasiyası tərəfindən hazırlanıb. KCNA qeyd edir ki, təqdim edilən İHA-lar, o cümlədən “kamikadze hücumu dronları” quruda və dənizdə müəyyən müxtəlif taktiki marşrutlar üzrə uçub və “hədəfi dəqiqliklə vurub”.

“Yəqin ki, dünyanın bütün hərbi idarələri dronların irili-xırdalı münaqişələrdə aşkar uğur qazandığını qəbul edirlər. Bu, hazırda hərbi sahədə zəruri tələbə çevrilən yeni inkişaf dövrüdür”, - Kim Çen In bildirib.

Oxuməni.az

Seçilən
24
1
oxumeni.az

2Mənbələr