AZ

Mask Nyu Yorkda İranın nümayəndəsi ilə görüşüb-NYT

Milyarder İlon Mask Nyu Yorkda İranın BMT-dəki daimi nümayəndəsi Əmir Seyid İrəvani ilə görüşərək ABŞ və İran arasında gərginliyin azaldılması yollarını müzakirə edib. Vətəninfo.az xəbər verir ki,  , bu barədə “The New York Times” adları çəkilməyən iki İran rəsmisinə istinadən yazır.

Nəşrin məlumatına görə, Mask və İrəvani noyabrın 11-də Nyu-Yorkda görüşüblər və onların “söhbəti İran və ABŞ arasında gərginliyin azaldılmasına yönəlib”.

Qəzetin mənbələrinin məlumatına görə, milyarderlə İranın daimi nümayəndəsi arasında gizli yerdə görüş bir saatdan çox davam edib. Maskın təşəbbüsü, yeri isə İrəvan tərəfindən seçilib.

“The New York Times” qəzetinin müsahibləri görüşü “müsbət” və “yaxşı xəbər” kimi qiymətləndiriblər.

Bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bəyan etmişdi ki, Mask keçmiş prezidentliyə namizəd və sahibkar Vivek Ramasvami ilə birlikdə Hökumətin Səmərəliliyi Departamentinə rəhbərlik edəcək.

Seçilən
38
50
veteninfo.az

10Mənbələr