AZ

İlon Mask ABŞ-nin müflis olmaq təhlükəsi ilə üzləşdiyini xəbərdar etdi – ÖZƏL

Tanınmış amerikalı iş adamı və 5 noyabr 2024-cü ildə prezident seçilmiş Donald Trampın yaxın tərəfdarlarından biri olan İlon Mask, ölkənin yaxın perspektivləri haqqında danışarkən ABŞ-nin müflis olmaq riski ilə üz-üzə olduğunu bildirib. 

Olaylar.az xəbər verir ki, Maskın fikrincə, Amerikanı yalnız təxirəsalınmaz tədbirlər xilas edə bilər.

"Amerikanın faktiki müflisliyini dayandırmaq üçün dərhal tədbirlər görülməlidir," - deyə Mask X sosial şəbəkəsində yazıb.

Mask bu fikrini bir istifadəçinin paylaşımını şərh edərkən səsləndirib. Paylaşımda ABŞ-nin dövlət borcunun müxtəlif dövrlər ərzində artımı müqayisə olunub. Qeyd edilib ki, ölkə 200 il ərzində 12 trilyon dollar borc yığıb, son dörd ildə isə eyni məbləğdə borc yaranıb.

Müzakirələrə ukraynalı jurnalist Diana Pançenko da qoşularaq ABŞ-nin Kiyev rejiminə ayrılan vəsaitlərinin auditinin aparılmasını təklif edib. Onun fikrincə, bu, vəsaitlərin "məqsədli xərclənmədiyini" açıq şəkildə göstərə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
44
50
olaylar.az

10Mənbələr