Olaylar.az xəbər verir ki, Maskın fikrincə, Amerikanı yalnız təxirəsalınmaz tədbirlər xilas edə bilər.
"Amerikanın faktiki müflisliyini dayandırmaq üçün dərhal tədbirlər görülməlidir," - deyə Mask X sosial şəbəkəsində yazıb.
Mask bu fikrini bir istifadəçinin paylaşımını şərh edərkən səsləndirib. Paylaşımda ABŞ-nin dövlət borcunun müxtəlif dövrlər ərzində artımı müqayisə olunub. Qeyd edilib ki, ölkə 200 il ərzində 12 trilyon dollar borc yığıb, son dörd ildə isə eyni məbləğdə borc yaranıb.
Müzakirələrə ukraynalı jurnalist Diana Pançenko da qoşularaq ABŞ-nin Kiyev rejiminə ayrılan vəsaitlərinin auditinin aparılmasını təklif edib. Onun fikrincə, bu, vəsaitlərin "məqsədli xərclənmədiyini" açıq şəkildə göstərə bilər.