AZ

Erməni deputat Paşinyan iqtidarını ələ saldı

“Dövlət xidmətlərinin tənzimlənməsi komissiyasının sədri vəzifəsinə namizəd Mesrop Mesropyan əvvəllər Ermənistanın Rusiyanın enerji resurslarına alternativi olmadığını deyib. Lakin bu, belədirmi?”

Musavat.com xəbər verir ki, bu sözləri müxalifətdə olan “Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyan deyib.

“Siz hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının təklif etdiyi alternativ variantlar barədə eşitməmisiniz? Xüsusilə, təbii qaza alternativ kimi çıxış edə bilən peyin haqqında danışıram”, - deyə Danielyan bildirib.

O, istehza ilə bu variantı müzakirə etməyi təklif edib.

“Bu, Paşinyan tərəfindən səslənən, kifayət qədər maraqlı təklifdir”, - deyə erməni deputat qeyd edib.

Musavat.com

Seçilən
62
16
musavat.com

10Mənbələr