AZ

Azərbaycan və UNECE Orta Dəhlizin potensialının artırılması üzrə görüləcək işləri müzakirə edib

Azərbaycan və BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) potensialının artırılması üzrə görüləcək işlər müzakirə edilib.

"Operativ Media" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr UNECE-nin icraçı katibi xanım Tatyana Molçan ilə görüşdə baş tutub.

"Orta Dəhlizin potensialının artırılması üzrə görüləcək işlər və bu istiqamətdə UNECE-nin göstərə biləcəyi mümkün dəstək məsələlərini müzakirə etdik. COP29 çərçivəsində təşkil edəcəyimiz “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” tədbiri barədə danışdıq", - deyə nazir qeyd edib.

Seçilən
60
9
operativmedia.az

10Mənbələr