AZ

Bu qış Avstriya üçün çox çətin keçəcək- Rusiyadan sərt qərar

"Avstriya Ukraynada xüsusi hərbi əməliyyat başlayandan Rusiyadan qaz nəqlinin dayandırılmasını əvvəlcədən gözləyirdi və bu ssenariyə fəal şəkildə hazırlaşırdı".

Teleqraf.com xəbər verir ki, bunu Avstriya kansleri Karl Nehammer "Oe24" telekanalında deyib.

“Xanımlar və cənablar, bu gün günortadan sonra mənə məlumat verildi ki, Rusiyanın “Qazprom” şirkəti sabahdan etibarən OMV-yə tədarükünü dayandıracaq. Beləliklə, Ukraynada müharibə başlayandan bəri çoxdan gözlədiyimiz və hazırlaşdığımız baş verəcək”, - Nehammer bildirib.

Avstriyanın Energetika Nazirliyinin rəhbəri Leonore Gewessler də respublikanın Rusiya qazının, o cümlədən “Qazprom İxrac” şirkətindən nəqlini tamamilə dayandırmağa hazır olduğunu açıqlayıb .


Müəllif: Arzu
Seçilən
70
24
teleqraf.com

10Mənbələr