AZ

İlon Mask İran səfiri ilə Trampdan xəbərsiz nə danışdı?

Trampın kabinetində olacaq İlon Mask işinə erkən başlayıb. “New York Times”ın məlumatına görə, İlon Mask Nyu Yorkda İranın BMT səfiri ilə gizli görüşdüyünü və bir saatlıq görüş keçirdiyini yazıb.

Turkustan.az xəbər verir ki, noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Trampın kabineti diqqət çəkir.

Trampın müdafiə naziri vəzifəsinə namizəd kimi seçdiyi Pete Hegseth-in cinsi təcavüz təhqiqatı gündəmə gəlib.

O, həmçinin vaksin əleyhinə olduğu bilinən kiçik Robert F. Kennedy-ni Səhiyyə Nazirliyinə namizəd kimi irəli sürdüyünü və bunun sürprizlə qarşılandığını açıqlayıb.

Yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq ABŞ-ın seçilmiş prezidenti Donald Tramp və Ağ Evin heyətində olacaq Tesla şirkətinin baş direktoru və X şirkətinin sahibi İlon Mask artıq danışıqlara başlayıb.

“The New York Times” (NYT) qəzeti adı açıqlanmayan iki İran rəsmisinə istinadən yazıb ki, Mask və İran səfiri Əmir Səid İrəvani arasında Nyu Yorkda gizli bir yerdə baş tutub və bir saatdan çox davam edib. Rəsmilərin sözlərinə görə, görüşdə iki ölkə arasında gərginliyin necə azaldılması müzakirə olunub.

Mask və Trampın prezidentliyə keçid komandasına Maskın artıq beynəlxalq danışıqlarda iştirak etdiyi ilə bağlı iddiaları soruşan CNN International qrupu, şərh almaq üçün onlara çatmağa çalışdıqları zaman Mask və Trampdan cavab ala bilmədiklərini bildirdi. CNN-ə görə; Maskın İran rəsmisi ilə görüşməsi onun yeni administrasiyada təsirinin necə ola biləcəyi, xüsusən də söhbət ABŞ xarici siyasətinə gəldikdə sual doğurur.

Nəşrlə danışan digər iki mənbənin bildirdiyinə görə, Mask ötən həftə, prezident seçkilərindən bir gün sonra Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşünə də qatılıb.

ABŞ rəsmisi CNN-ə deyib ki, Bayden administrasiyasının BMT-dəki rəsmilərinə görüşün baş tutması barədə məlumat verilməyib. CNN də görüşün baş tutduğunu təsdiq edə bilmədiklərini qeyd edib.

ABŞ mətbuatının yazdığına görə, ekspertlər Tramp administrasiyasında ABŞ-ın İranın təcridini artıran və iqtisadiyyatını çökdürən “maksimum təzyiq” strategiyasına qayıda biləcəyini düşünür. “Tramp 2020-ci ildə vəzifəsini tərk edəndən bəri İran uranın zənginləşdirilməsini və neft ixracını artırıb, silahlı qruplara dəstəyini artırıb və İsrailə iki birbaşa hücum edərək presedent yaradıb”, - deyə CNN bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
26
50
turkustan.az

10Mənbələr