AZ

U-17 millimiz Rumıniyada Yunanıstanla üz-üzə

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi (U-17) Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti sınağına çıxır.

Arena.az xəbər verir ki, 6-cı qrupda yer alan yığmamız ikinci oyununda Yunanıstanla üz-üzə gələcək.

Rumıniyanın Tunari şəhərindəki eyniadlı stadionda təşkil olunacaq qarşılaşmanı moldovalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, İlham Yadullayevin rəhbərlik etdiyi U-17 millimiz AÇ-2025-in seçmə mərhələsi çərçivəsində ilk oyununu Macarıstana qarşı keçirib və 0:4 hesabıyla uduzub. Komandamız qrupdakı son oyununda Rumıniya yığması ilə qarşılaşacaq. Bu görüş noyabrın 19-da baş tutacaq.

AÇ-2025-in seçmə mərhələsi
6-cı qrup
16 noyabr

Yunanıstan – Azərbaycan
Baş hakim: İon Orliç (Moldova)
Baş hakimin köməkçiləri: Vadim Vikol (Moldova), Adrian Vorniçu (Rumıniya).
Dördüncü hakim: Vlad Baban (Rumıniya).
Tunari, “Tunari” stadionu. Saat 14:00.

Seçilən
40
1
arena.az

5Mənbələr