Estoniya millisinin baş məşqçisi Yurgen Henn Millətlər Liqasının V turunun Azərbaycanla (0:0) matçından sonra mətbuat konfransında iştirak edib.
Msport.az xəbər verir ki, rəqib komandanın çalışdırıcısı jurnalistlərin suallarını cavablandırıb.
– İki oyunu nəzərə alsaq, Estoniya millisi Azərbaycanı nədə üstələdi?
– Hansı bucaaqdan baxılmasından asılıdır. Nəticə baxımından bizim xeyrimizə oldu. Epizodları dəyərləndirsək, bərabər oyun getdiyini deyə bilərik. Bu gün ikinci hissə bizim üçün çətin oldu.
– Sizin qarşınıza qoyulan hədəflər nədir?
– Milli komandanın irləlilyişini təmin etmək. Üzərində işlənəli olduğumuz çox şey var.
– Bugünkü 1 xalı 3 xala bərabər hesab edirsiz?
– Turnir cədvəlinə baxsaq, elə demək olar. Futbolda ən önəmli şey nəticədir. Oyundan əvvəl biz daha əlverişli vəziyyətdə idik.
– Qəbələ şəhəri və stadion barədə fikirləriniz necədir?
– Stadionu çox bəyəndim. Çox bəxtəvərsiz ki, belə stadinonunuz var. Estoniyada belə şəraiti olan komandalar azdır. Bizi burada çox yaxşı qarşıladılar. Hər şey üçün təşəkkür edirik.