AZ

Britaniya Kral Sarayına basqın edib iki maşın oğurlayıblar - KİV

İngiltərənin "The Sun" qəzetinin dərc etdiyi xəbərə görə, iki maskalı şəxs keçən ay İngiltərənin Kral sarayı olan Vindzor qəsrinə girərək, anbardan iki avtomobil oğurlayıblar. 

"Unikal" xəbər verir ki, “Sun” qəzetinin məlumatına görə, hadisə baş verən zaman kral Çarlz və həyat yoldaşı Kamilla malikanədə olmayıblar. Bununla belə, Şahzadə Uilyam və ailəsinin Vinszor mülkünün bir hissəsi olan Adelaide kottecində olduğu bildirilib. 

Qəzet bildirir ki, maskalı talançılar oğurlanmış yük maşını ilə gecə təhlükəsizlik darvazasını sındırıb, sonra isə iyirmi metrlik hasara dırmaşıblar.

Yerli polis bildirib ki, oktyabrın 13-də gecə yarısına yaxın Londonun qərbindəki Windsor şəhərindəki "Crown Mansion" ərazisində oğurluq barədə məlumat alıblar.

 

Seçilən
21
50
unikal.az

10Mənbələr